Son yeniləmə: 4 Sentyabr 2024 16:32
BAYRAQDAR MEDİA – Qırğızıstanın Toktobolot Abdumomunov küçəsində yerləşən keçmiş prezident administrasiyasının binası Xarici İşlər Nazirliyi və İqtisadiyyat və Ticarət Nazirliyinə verilib.
Bu barədə Veçernıy Bişkek məlumat yayıb.
Bildirilib ki, “Nazirlər Şurası 3 sentyabr 2023-cü ildə məsələ ilə bağlı açıqlama verib. Açıqlamada Hökumət Evinin binasının Bişkek Bələdiyyəsinə veriləcəyi də bildirilib”.
Onu da qeyd edək ki, avqustun 30-da Bişkekdə Qırğızıstanda yeni Prezident Administrasiyasının binasının açılış mərasimi keçirilib.