Press "Enter" to skip to content

Nazirdən daha bir sevindirici xəbər

Geri qaytarılan tarixi əsər

Son yeniləmə: 4 Sentyabr 2024 10:47

Mehmet Nuri Ersoy: 2024-cü ildə biz 20 tarixi əsəri doğulduğu torpaqlara qaytardıq

BAYRAQDAR MEDİA – “Anadolunun daha bir tarixi əsərini Türkiyəyə gətiririk və bu sayını 21-ə çatdırırıq”.

Bunu Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy X sosial şəbəkə hesabındakı paylaşımda qeyd edib.

Paylaşımda, həmçinin “Boston Gözəl Sənətlər Muzeyi ilə apardığımız danışıqlar nəticəsində təxminən 2700 il əvvələ aid qızıl Boyunbağını dünən axşam əldə etdik. Mənşəyi Manisadan olan, narşəkilli qızıl və qırmızı əqiq muncuqlardan ibarət olan bu tarixi əsər bölgənin tarixi baxımından da çox əhəmiyyətlidir. Bintepelər boyunbağının qaytarılması zamanı dəstək olan Boston və Nyu Yorkdakı Baş Konsulluğumuz da daxil olmaqla, əməyi keçən hər kəsə təşəkkür edirik” deyə vurğulanıb.

Mission News Theme by Compete Themes.