Press "Enter" to skip to content

MDSS üzrə daxilolmalar 3 faizədək artıb

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 4 Sentyabr 2024 11:35

BAYRAQDAR MEDİA – 2024-cü ilin yanvar-avqust ayları ərzində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalarda proqnoza nisbətdə 102,6 milyon manat və ya 2,8 faiz artım qeydə alınıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 4-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, “büdcə təşkilatları üzrə daxilolma ötən ilin müvafiq dövrü ilə müqayisədə 94,2 milyon manat və ya 8,1 faiz, qeyri-büdcə təşkilatları üzrə isə 249,7 milyon manat və ya 11,3 faiz artımla olub”.

Mission News Theme by Compete Themes.