Press "Enter" to skip to content

Məsud Pezeşkiyan dolayı yolla Güney Azərbaycanın sərvətlərinin talandığını etiraf etdi

Məsud Pezeşkiyan

Son yeniləmə: 4 Sentyabr 2024 10:31

“Bütün resursların Doğu və Batı Azərbaycan əyalətlərində olmasına baxmayaraq, orada insanlar yoxsulluq içində yaşayırlar”

BAYRAQDAR MEDİA – İlk rəsmi səfər kimi Məşhəd şəhərinə gedən İran prezidenti Məsud Pezeşkiyan iş adamları ilə görüşdə Güney Azərbaycanda insanların acınacaqlı maddi durumuna toxunub.

Bu barədə Azad İran Telegram kanalı məlumat yayıb.

Məlumata görə, İran prezidenti deyib: “Bütün resursların Doğu və Batı Azərbaycan əyalətlərində olmasına baxmayaraq, orada insanlar yoxsulluq içində yaşayırlar. Biz cəmiyyətdə haqq-ədaləti bərqərar etməli və ziyalılara, sənayeçilərə, istehsalçılara hörmətlə yanaşıb, maneələri birlikdə aradan qaldırmalıyıq”.

Mission News Theme by Compete Themes.