Son yeniləmə: 4 Sentyabr 2024 12:05
BAYRAQDAR MEDİA – Bütün İraqda keçiriləcək siyahıyaalmaya sayılı günlər qalıb.
Kırım Haber Ajansının məlumatına görə, ölkə daxilində etnik müxtəlifliyə malik İraqda 2024-cü ildə keçiriləcək siyahıyaalmanın tarixi açıqlanıb: “Baş nazir Məhəmməd Şia əl-Sudaninin sədrlik etdiyi Ali Əhali Şurası siyahıyaalmanın 20-21 noyabr 2024-cü il tarixlərində aparılacağını açıqlayıb. Baş nazirlikdən verilən açıqlamada, Baş nazir əl-Sudaninin rəhbərlik etdiyi iclasda əhalinin və mənzil siyahıyaalınmasına hazırlıq işlərinin aparıldığı və siyahıyaalmanın problemsiz davam etməsi üçün qərarların qəbul edildiyi bildirilib. Bundan əlavə, bütün səslərin hesablanması zamanı komendant saatı tətbiq olunacaq”.
Məlumata görə, buna uyğun olaraq İraqda hüquqları pozulan türkmənlərin əhalisi maraq mövzusuna çevrilib.