BAYRAQDAR MEDİA – BMT-nin yeni təyin edilmiş İran üzrə xüsusi məruzəçisi Mai Sato sözügedən ölkədə ölüm hökmünün icrasının artması ilə bağlı həyəcan təbili çalır.
Xanım M.Sato sentyabrın 2-də özünün sosial media hesabında paylaşım edərək bildirib ki, İranla bağlı məruzəçi təyin edilməsi cəmi bir aydır və bu müddət ərzində ölkədə 93 ölüm hökmü icra edilib. O, eyni zamanda qeyd edib ki, hələ bu rəsmi elan edilən rəqəmdir. Mümkündür ki, gerçək rəqəm daha yüksəkdir.
Əlavə edək ki, İranda ilin əvvəlindən 400-dən artıq ölüm hökmü icra edilib. Barəsində ölüm hökmü icra edilənlərin ən azı 15 nəfərini qadınlar təşkil edir. Bu rəqəmlər də BMT-nin rəsmi hesabatında yer alıb.