Son yeniləmə: 4 Sentyabr 2024 17:37
BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Beynəlxalq Parlamentarilər Konqresinin (İPC) nümayəndə heyəti ilə görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, “görüşdə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29-un Azərbaycanda keçirilməsinin ölkəmizin “yaşıl” iqtisadiyyatın inkişafına, qlobal iqlim problemlərinin həllinə verdiyi önəmin göstəricisi olduğu vurğulanıb. COP29 çərçivəsində beynəlxalq təşkilatlarla əməkdaşlığın diqqət mərkəzində olduğu bildirilib, ölkəmizdə “yaşıl” enerjinin təşviqi və qlobal iqlim dəyişikliyinin təsirlərinin azaldılması istiqamətində tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət göstərildiyi qeyd edilib”.
Məlumata görə, görüşdə IPC-ninİqlim Dəyişikliyi üzrə Beyin Mərkəzinə dair təşəbbüsü çərçivəsində tərəfdaşlıqməsələləri müzakirə olunub.