Press "Enter" to skip to content

“Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələri nəşr edilib

Son yeniləmə: 4 Sentyabr 2024 11:35

BAYRAQDAR MEDİA – Dövlət İmtahan Mərkəzi (DİM) “Abituriyent” jurnalının 8-ci və 9-cu nömrələrini nəşr edib.

Qurumun məlumatına görə, 8-ci nömrədə 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olmuş abituriyentlərin siyahısı, müsabiqə nəticəsində ixtisasların həm ödənişli əsaslarla olan yerləri, həm də dövlət sifarişli yerləri üzrə formalaşmış keçid balları Azərbaycan və rus dillərində təqdim olunub.

Məlumatda deyilir ki, 9-cu nömrədə 2024/2025-ci tədris ili üçün Azərbaycan Respublikasının tam orta (11 illik) təhsil bazasinda orta ixtisas təhsili müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı, ixtisaslar üzrə müsabiqə nəticəsində alınmış minimal keçid balları Azərbaycan və rus dillərində təqdim olunub: “Jurnalların elektron versiyasını (pdf formatda) www.abiturient.az saytından və ya DİM-in internet saytının “Elektron xidmətlər” bölməsində “DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar. Xidmətə keçid”

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.