Press "Enter" to skip to content

Xeyirxah əməlin ilkin bəhrəsi

Görüşdən xatirə fotosu

Son yeniləmə: 3 Sentyabr 2024 12:20

Fikrət Əliyev: 2023-cü ilin yanvarında Binəqədi məktəblərindən seçdiyimiz və ali məktəbə hazırlıq üçün dəstək verdiyimiz uşaqların dördü də tələbə adını qazanıb

BAYRAQDAR MEDİA – Hələ 2023-cü ilin aprel ayında Unity Company şirkətinin təsisçisi, türk dünyası sevdalısı Fikrət Əliyevlə müsahibəmizdə onun xeyriyyəçilik addımlarından da bəhs etmişdik.

Məcbur idim ki, evdən universitetə piyada gedim

Daha doğrusu həmin müsahibə zamanı bəlli olmuşdu ki, iş adamı bir sıra sahələrə xeyriyyəçi yanaşma sərgiləyir. Belə sahələrdən biri də təhsildir.

“Onlar vətənə, millətə xeyirli vətəndaşlar olsunlar”

Təhsilə xüsusi diqqət ayıran F.Əliyev bunun səbəbsiz olmadığını demişdi.

Görüş zamanı
Görüş zamanı

O, qeyd etmişdi ki, özü çox imkansız ailədə böyüyüv: “Atam müəllim, anam da evdar qadin idi. 90-cı illərdə, ağır durum idi. Müəllimlər isə cüzi əmək haqqı alırdı. Mənim abituryent dönəmim çox çətin keçib. Tələbəliyim isə ümumiyyətlə çətin keçib. O vaxt mənə həftəlik həmin dövrün pulu ilə 1000 manat verirdilər. Amma min manat elə də çox gəlməsin. O dövrə bələd olanlar bununla bir həftə ərzində keçinməyin mümkün olmadığını yaxşı bilirlər. Deməli, mən də məcbur idim ki, evdən universitetə piyada gedim ki, pulu çatdıra bilim. Yaxud da cibimdə bir iki manat qalsin ki, dostlarla çay içəndə heç olmasa bir dəfə də çay pulunu mən verə biləm. Yəni, belə bir çətin dövrdən keçdiyim, həm də H.Z.Tağıyevin xeyriyyəçiliyi barədə oxuduğum üçün hədəf qoymusdum ki, əgər Allah mənə imkan verərsə, imkanım olarsa mütləq təhsil sahəsində ehtiyacı olanlara yardım edəcəyəm. Şükürlər olsun ki, Allah bizə bu imkanı verdi. Bu gün xeyli sayda imkansız 10-cu və 11-ci sinif şagirdi var ki, onların hazırlıq xərcini çəkirik. Eyni zamanda söz vermişik ki, əgər onlar ali məktəbə ödənişli fakultələrə qəbul olsalar təhsil haqlarını ödəyəcəyik. Mühüm olan odur ki, onlar vətənə, millətə xeyirli vətəndaşlar olsunlar”.

Gözəl mərama xidmət edən söz verilib və artıq həmin sözə əməl də edilib

Beləliklə, gözəl mərama xidmət edən söz də verilib və artıq həmin sözə əməl də edilib.

Pərviz Mirzəzadə (ortada) çox sevinclidi
Pərviz Mirzəzadə (ortada) çox sevinclidi

Bu günlərdə Unity Company şirkətində bayram-bayrama qarışıb. Belə deyək, xeyrixah əməlin ilkin bəhrəsi ortadadır:“Bu günlər çox sevincliyik. 2023-cü ilin yanvarında Binəqədi məktəblərindən seçdiyimiz və ali məktəbə hazırlıq üçün dəstək verdiyimiz uşaqlardan biri ötən il ali məktəbə qəbul olmuşdu. Üçü isə bu il imtahanlarda uğur qazanıb. Bununla da dəstək verdiyimiz 4 şagirdin 4-də ali məktəb imtahanlarında uğur qazanıb. Bu il uğur qazananlar Bunəqədi rayonundakı 298 nömrəli məktəbi bitirən Nəzrin Musayeva Bakı qızlar Universitetinə, 297 nömrəli məktəbi bitirən Güləli Əlişanov və 182 nömrəli məktəbi bitirən Pərviz Mirzəzadə isə Bakı Slavyan Universitetinə qəbul olunub. Onlar pullu ixtisasa düşüblər və söz verdiyimiz kimi ali məktəbi qurtarana qədər təhsil haqqlarını da biz ödəyəcəyik”.

Gənclərə ali məktəblərə ödəməli olduqları təhsil haqqı şəxsən təqdim edilib

Qeyd edək ki, sentyabrın 2-də Unity Company şirkətinin ofisində hər üç gənclə görüş keçirilib: “Görüşdə onları təbrik etdik və uğurlar arzuladıq”.

Nəzrin Musayeva görüşə valideynləri və müəllimi ilə gəlib
Nəzrin Musayeva görüşə valideynləri və müəllimi ilə gəlib

F.Əliyev “Nəzrin xanım görüşə valideynləri və müəllimi ilə, Güləli bəy anası ilə gəlmişdi. Pərviz bəy hər iki valideynini itirib və inşallah biz ona bundan sonra həm də valideyn qayğısı göstərəcəyik. Görüşdə hər üç gəncə ali məktəblərə ödəməli olduqları təhsil haqqı şəxsən təqdim edildi. Maraqlı söhbətimiz oldu. İnşallah ki, bu gənclər dövlətimizə və xalqımıza yararlı mütəxəssis kimi yetişəcəklər. Biz də bununla fəxr edəcəyik” deyə əlavə edib

Güləli Əlişanov da tələbə olduğu üçün sevincli anlar yaşayır
Güləli Əlişanov da tələbə olduğu üçün sevincli anlar yaşayır

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.