Press "Enter" to skip to content

Qazaxıstanla Azərbaycan arasında reallaşacaq vacib ikitərəfli layihə

Azərbaycan və Qazaxıstan bayraqları

Qasım-Jomart Toqayev xalqa müraciətində Transxəzər fiber-optik rabitə xətti layihəsindən də bəhs edib

BAYRAQDAR MEDİA – Prezident Qasım-Jomart Toqayev Qazaxıstan xalqına illik müraciətində Xəzər dənizi ilə fiber-optik rabitə xəttinin çəkilməsi ilə bağlı Qazaxıstanla Azərbaycan arasında reallaşacaq vacib ikitərəfli layihəyə toxunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, dövlət başçısı layihənin 2025-ci ildə başa çatdırılacağını bildirib: “Prezident, Qazaxıstan üçün beynəlxalq dəhlizləri və transsərhəd məlumat axınları ilə əlaqəli olan rəqəmsal infrastrukturun yaradılmasının son dərəcə vacib olduğunu da qeyd edib və telekommunikasiya şəbəkələrinin aktiv şəkildə inkişafının davam etdirilməsinin zəruri olduğunu bildirib”.

Məlumata görə, Transxəzər fiber-optik rabitə xətti layihəsi Avropa ilə Asiya arasında telekommunikasiya dəhlizinin yaradılmasını nəzərdə tutan “Rəqəmsal İpək Yolu” miqyaslı layihəsinin bir hissəsidir: “Layihənin məqsədi Orta Asiya və Güney Qafqaz ölkələrində internet bağlantısının keyfiyyətinin artırılmasıdır. Qazaxıstanla Azərbaycanı birləşdirəcək dənizin dibi ilə çəkiləcək kabel xəttinin uzunluğu təxminən 400 km təşkil edəcək”.

Mission News Theme by Compete Themes.