Son yeniləmə: 3 Sentyabr 2024 10:15
BAYRAQDAR MEDİA – Sentyabrın 2-də Qazaxıstan parlamentinin hər iki qanadının payız sessiyası işinə başlayıb. Ənənəvi olaraq Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev ənənəvi olaraq parlamentin hər iki palatasının birgə iclasında çıxış və xalqa müraciət edib.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, dövlət başçısı çıxış zamanı Qazaxıstan xalqına “Ədalətli Qazaxıstan: qanun və nizam, iqtisadi artım, ictimai nikbinlik” adlı müraciət edib.
Məlumata əsasən, müraciətdə Qazaxıstanın bütün sahələr üzrə gələcək inkişafına dair məsələlərə toxunulub, inkişaf istiqamətləri göstərilib.