Son yeniləmə: 3 Sentyabr 2024 10:50
BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi Qazaxıstan Prezidenti Qasım-Jomart Toqayev sentyabrın 2-də xalqa “Ədalətli Qazaxıstan: qanun və nizam, iqtisadi artım, ictimai nikbinlik” adlı müraciət edib.
Qazaxıstanın Azərbaycandakı səfirliyindən BAYRAQDAR MEDİA-ya verilən məlumata görə, müraciətdə dövlət başçısı öncə xalq nümayəndələrinə işlərində uğurlar arzulayıb, həmçinin başladığı islahatların həyata keçirilməsində uğuru şərtləndirən nailiyyətləri sadalayıb.
Prezident müraciətində “Qazaxıstan xalqı bu gün tamamilə yeni siyasi reallıqda yaşayır. Son beş ildə genişmiqyaslı islahatlar həyata keçirilib, siyasi sistem köklü transformasiyaya məruz qalıb. İctimai şüurda əsaslı dəyişikliklər baş verir, vətəndaşların hüquq mədəniyyətinin səviyyəsi yüksəlir, cəmiyyətdə yeni davranış modelləri formalaşır, yeni dəyərlər kök salır. Millətin siyasi-ictimai həyatının, mentalitetinin, mədəni kodunun yeniləşməsi başlanıb. Bir sözlə, Ədalətli Qazaxıstanın inşası gedir və xüsusilə önəmlisi odur ki, bütün bunlar xalqın arzularına tam uyğundur”, deyə vurğulayıb.