Son yeniləmə: 3 Sentyabr 2024 14:53
BAYRAQDAR MEDİA – Bolqarıstan Nazirlər Şurasının mətbuat mərkəzinin məlumatına görə, müvəqqəti hökumətdə baş nazir Dimitar Qlavçev oktyabrın 27-də keçiriləcək seçkilərə hazırlığın başlanması ilə bağlı daxili işlər naziri Atanas İlkovla görüşüb.
Radio Bolqarıstan xəbər verir ki, Baş nazir görüşdə Daxili İşlər Nazirliyi əməkdaşlarının əvvəlki kimi qanunlara ciddi əməl etməsinin, hər hansı təxribata əl atmamasının böyük əhəmiyyət kəsb etdiyini deyib: “D.Qlavçev ədalətli və azad seçkilərin keçirilməsinin müvəqqəti Nazirlər Kabinetinin əsas prioriteti olduğunu və bu seçkilərin tam şəffaf və bütün siyasi qüvvələrə bərabər məsafədə keçirilməli olduğunu diqqətə çatdırıb. Müvəqqəti hökumətdə baş nazir həmçinin seçkilərin təşkilinə Mərkəzi Seçki Komissiyasının cavabdeh olduğunu bəyan edib və maddi-texniki təminatın həyata keçirilməsində hökumətin köməklik göstərdiyini xatırladıb”.