Press "Enter" to skip to content

Musiqili Teatr yeni mövsümə başlayıb

Toplantıdan görüntü

BAYRAQDAR MEDİA – Azərbaycan Dövlət Akademik Musiqili Teatrında (ADAMT) 115-ci teatr mövsümünün başlanması ilə əlaqədar kollektivin geniş tərkibli toplantısı keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “tədbiri sənət ocağının direktoru Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev açaraq yeni mövsüm münasibəti ilə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Teatr rəhbəri hesabat xarakterli çıxışında ötən mövsümdəki uğurlarla yanaşı, gələcək layihələrdən də danışıb. O qeyd edib ki, Musiqili Teatrın ötən mövsümü bir çox əlamətdar hadisələrlə yadda qalıb, müxtəlif tamaşalar hazırlanıb, teatrın yaradıcı heyəti istər Azərbaycanda keçirilən tədbirlərdə, istərsə də xarici ölkələrdə təşkil olunan bir sıra beynəlxalq müsabiqə və festivallarda uğurla iştirak edib. Ə.Lalayev vurğulayıb ki, Teatr kollektivi sentyabrın 10-dan 16-dək Belarusun Brest şəhərində keçiriləcək 28-ci “Belaya Veja” Beynəlxalq Teatr Festivalında “Aysedora” (Zinoviy Saqalov, quruluşçu rejissor Cavid İmamverdiyev) tamaşası ilə çıxış edəcək. Bundan əlavə, Əməkdar incəsənət xadimi əlavə edib ki, vokal ifaçı Rauf Babayev də bu ayın 21 və 22-də Qazaxıstanın Qaraqanda şəhərində keçiriləcək “DosStar” XIII Acıq Operetta və Müzıkl Festivalında həm məşhur macar bəstəkarı Emre Kalmanın “Sirk Şahzadəsi” operettasında Toni obrazını canlandıracaq, həm də festivalın qala konsertində iştirak edəcək”.

Tədbirdə kollektivin bu ilin sonunadək Gəncə, Lənkəran və Şəki şəhərlərinə də qastrol səfərlərinin nəzərdə tutulduğu vurğulanıb, həmçinin gələcək layihələr barədə də bir sıra fikirlər səsləndirilərək müzakirələr aparılıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.