Son yeniləmə: 3 Sentyabr 2024 16:56
BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) “Məşrutə inqilabı – 100” (Beynəlxalq elmi konfrans) məqalələr toplusu da var.
Toplu AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu Elmi Şurasının qərarı ilə çap olunub.
2005-ci ildə çapdan çıxmış toplu XX əsrin əvvəllərində İran və Güney Azərbaycan tarixi və ictimai fikrində mühüm yer tutan Məşrutə inqilabının (1905-1911) yüz illiyinə həsr edilib. Kitabda Azərbaycan, İran, Türkiyə, Rusiya, ABŞ, Hollandiya şərqşünas, tarixçi və filoloq alimlərinin Məşrutə hərəkatı ilə bağlı məqalələri toplanıb. Nəşr İran tarixi ilə maraqlanan geniş oxucu kütləsi üçün gərəkli və faydalıdır.
Kitabda “XX əsr İran tarixində əlamətdar hadisə” (Gövhər Baxşəliyeva), “İran Məşrutə inqilabında ruhanilərin rolu” (Cavad Heyət), “Təbriz Məşrutənin beşiyidir” (Səməd Sərdariniya), “Azərbaycan vəkillərinin məclisə gəlişi” (Rəhim Rəisniya), “Məşrutə dövrü ədəbiyyatı” (İslam Qəribli) və s. başlıqlarda yazılar yer alır.