Press "Enter" to skip to content

Güneyli qadın siyasi məhbusun vəziyyəti pisləşib

Fərzanə Qarahəsənli (sağda)

BAYRAQDAR MEDİA – Avqustun 30-u səhər saatlarında Güney Azərbaycanlı siyasi məhbus və həkim Fərzanə Qarahəsənlinin 43 yaşlı qardaşı Hüseyn Qarahəsənli dünyasını dəyişib.

Bu barədə “Azad İran” Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, “həbsxana rəhbərliyi ona qardaşının yas mərasimində iştirak etməyə icazə verməyib. Fərzanə Qarahəsənlinin yaxınları bildiriblər ki, o, hazırda şokdadır və danışa bilmir. Xanım Qarahəsənlinin bacısı isə deyib ki, Fərzanənin və ərinin barəsində ölüm hökmü çıxarıldıqdan bəri siyasi məhbus psixoloji sarsıntı keçirib və son iki ildə əsəb dərmanları istifadə edərək yaşamağa çalışır”.

Xəbərdə xatırladılır ki, Həmid və Fərzanə Qarahəsənli cütlüyü İranda 2022-ci il xalq etirazlarında repressiv hökumət qüvvələri tərəfindən öldürülən Güney Azərbaycanlı şairə Hədis Nəcəfinin 40 mərasimində iştirak etdikdən bir gün sonra radikal və yarıhərbi “Bəsic” üzvünün öldürülməsinə görə saxta ittihamla həbs edilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.