Son yeniləmə: 3 Sentyabr 2024 14:46
BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi (DOST RİM) ABŞ-də keçirilən “2024 Stevie®️ Awards for Technology Excellence” müsabiqəsində növbəti uğuruna imza atıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 3-də Nazirlikdən məlumat verilib.
Bildirilib ki, “Mərkəzin sosial sahədə xidmətlərin rəqəmsallaşdırılması istiqamətində gördüyü işlər və əldə etdiyi nailiyyətlər münsiflər heyəti tərəfindən yüksək qiymət alıb. Beləliklə, DOST RİM 20-dən çox ölkədən 600-dən artıq layihənin təqdim edildiyi müsabiqədə “Dövlət Texnologiyaları” kateqoriyası üzrə “İlin Texnologiya Komandası” mükafatına layiq görülüb və müsabiqənin saytındakı qaliblər siyahısında yer alıb.
Məlumata görə, “Stevie®️ Awards” müsabiqəsi 2002-ci ildə təsis edilib və texnologiya sahəsində yüksək standartları, mükəmməlliyi təşviq etmək və texnologiyanın gələcəyini formalaşdıran fərdləri, komandaları və qurumları üzə çıxararaq beynəlxalq səviyyədə tanıtmaq məqsədi daşıyır.