Press "Enter" to skip to content

DİM-in nümayəndə heyəti Eskişehirdə – VİDEO

DİM-in nümayəndə heyəti

Son yeniləmə: 3 Sentyabr 2024 15:00

BAYRAQDAR MEDİA – 3 – 6 sentyabr 2024-cü il tarixlərində Türkiyənin Eskişehir şəhərində “Kompüter adaptiv testlərdəki yeniliklər və süni intellektin ölçmə və qiymətləndirmədə tətbiqləri” mövzusunda “9-cu Təhsil və Psixologiyada Ölçmə və Qiymətləndirmə Konfransı” öz işinə başlayıb.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib.

Bildirilib ki, “Anadolu Universitetində təşkil edilən konfransda Dövlət İmtahan Mərkəzinin Yoxlama-ölçmə materiallarının işlənməsi departamentinin müdiri Natiq Əliyev, Səriştələrin və peşəkar potensialın qiymətləndirilməsi şöbəsinin müdiri Pərviz Kazımov, Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlər ilə iş şöbəsinin müdiri Aydın Qasımov, Orta təhsil üzrə şöbənin müdiri Murad Əliyev və Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Elmir Şirinov iştirak edirlər. DİM-in nümayəndə heyəti konfrans çərçivəsində DİM-in inkişaf yolu, fəaliyyət istiqamətləri, nailiyyətləri və təcrübələrinə həsr olunmuş “Azerbaycan Cumhuriyeti Devlet Sınav Merkezi Gelişim, Deneyim ve Uygulamalarını Paylaşıyor” adlı xüsusi panel sessiyada (5 sentyabr 2024-cü il) iştirak edəcəklər”.

Məlumata deyilir: “Konfrans çərçivəsində həmçinin DİM-in şöbə müdiri Elmir Şirinov Tükiyənin Tələbə Seçmə və Yerləşdirmə Mərkəzinin (ÖSYM), Milli Təhsil Nazirliyinin (MEB), Dövlət İmtahan Mərkəzinin və Qazaxıstan Respublikasının Milli Test Mərkəzinin nümayəndələrinin iştirakı ilə keçiriləcək “Sınırları Aşmak: Türk Devletleri Test Merkezlerinin Uluslararasılaşması” adlı panel sessiyada müzakirələrdə iştirak edəcəkdir. Müxtəlif sahələrdən olan tədqiqatçıları və mütəxəssisləri bir araya gətirən konfransın məqsədi mövcud süni intellekt modellərinin təhsil və psixologiyada ölçmə və qiymətləndirmə sahəsinə töhfələrini aşkar etmək, ölçmə nəzəriyyəsi və metodologiyasında və kompüter adaptiv test tətbiqlərindəki yenilikləri müzakirə etməkdir. Konfransın bu dinamik və inkişaf edən sahədə təcrübə mübadiləsi və əməkdaşlığın təşviqi üçün məhsuldar platforma kimi töhfə verəcəyi gözlənilir”.

Mission News Theme by Compete Themes.