Press "Enter" to skip to content

BSP istefa verən Korneliya Ninovanı sıralarından xaric edib

Korneliya Ninova (sağda)

Son yeniləmə: 3 Sentyabr 2024 16:22

BAYRAQDAR MEDİA – Bolqarıstanda daha bir partiyada daxili gərginlik hökm sürür.

Radio Bolqarıstan xəbər verir ki, BSP Milli Şurası istefa verən lider Korneliya Ninova ilə birlikdə Georgi Svilenski, İvan Çençev və Krum Donçevi partiyadan xaric edib.

Keçən həftə Korneliya Ninova oktyabrın 27-də keçiriləcək növbədənkənar parlament seçkilərində partiyanı qeydiyyatdan keçirmək üçün G.Svilenski və İ.Çençevə icazə verdiyini elan edib. Bu isə BSP-də sərt reaksiyalara səbəb olub.

BSP-nin müvəqqəti rəhbərliyinin fikrincə, qeydiyyatı Milli Məclisə keçirilən son seçkilərdə uğursuzluğa görə Korneliya Ninovanın istefasından sonra müvəqqəti olaraq liderlik kürsüsünə oturmuş Atanas Zafirov etməlidir.

Mission News Theme by Compete Themes.