Press "Enter" to skip to content

Azərbaycan ilə İtaliya arasındakı hərbi əməkdaşliq genişlənir

Görüş zamanı

Son yeniləmə: 3 Sentyabr 2024 08:46

BAYRAQDAR MEDİA – Sentyabrın 2-də müdafiə naziri general-polkovnik Zakir Həsənov İtaliyanın Azərbaycandakı səfiri Luka di Canfrançesko ilə görüşüb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “müdafiə naziri Azərbaycan ilə İtaliya arasında münasibətlərin digər sahələrdə olduğu kimi, hərbi sahədə də xüsusi xarakter daşıdığını və bunun hər iki ölkənin ordusunun inkişafına töhfə verəcəyini deyib.

Görüşdə 2024-2025-ci illər ərzində Azərbaycanla İtaliya arasında hərbi sahədə planlaşdırılan 31 tədbirdən bir qisminin icra edildiyi qeyd olunub”.

Məlumata görə, hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətindən məmnunluq ifadə edən L.Canfrançesko iki ölkə arasında qarşılıqlı səfərlərin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb: “İtaliyanın Azərbaycandakı hərbi attaşesi 1-ci dərəcəli kapitan Cianfranko Vitzinin də iştirak etdiyi görüşdə tərəflər hərbi sahədə əməkdaşlığın inkişaf perspektivlərini müzakirə edib, regional təhlükəsizlik, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar”.

Mission News Theme by Compete Themes.