BAYRAQDAR MEDİA – Sentyabrın 18-i saat 19:00-da Opera Studiyasında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının (ADAOBT) Üzeyir Hacıbəylinin “Arşın mal alan” musiqili komediyası nümayiş olunacaq.
Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə deyilir.
Xəbərdə qeyd olunur ki, “səhnə əsərində Əməkdar artist Fərid Əliyev (Əsgər), Fatimə Cəfərzadə (Gülçöhrə), Əməkdar artist Cahangir Qurbanov (Soltan bəy), Əməkdar artist Gülüstan Əliyeva (Cahan xala), Əməkdar artist Tural Ağasıyev (Süleyman), Əməkdar artist Səbinə Vahabzadə (Asya), Xalq artisti Gülyaz Məmmədova (Telli), Sadiq Məlikov (Vəli) iştirak edir”.
Qeyd edək ki, tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, xormeysterləri Serderov Sevzixan və Zöhrə Həşimovadır.