Press "Enter" to skip to content

Ev təsərrüfatları kitabları elektronlaşdırılır

Dövlət Sosial Müdafiə Fondu

Son yeniləmə: 3 Sentyabr 2024 12:19

“Ev təsərrüfatları kitablarının elektronlaşdırılması” layihəsinə başlanılıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “layihənin ilk etapda Şirvan şəhəri, Şamaxı və Astara rayonlarında həyata keçirilməsi planlaşdırılır. Bu rayonlarda layihə çərçivəsində ümumilikdə 67 min 594 ev təsərrüfatından 26 min 149 (38,69%) ev təsərrüfatı elektronlaşdırılıb”.

Məlumata görə, hazırda bu istiqamətdə işlər davam etdirilir: “Məqsəd əlilliyi olan şəxslərin əmək bazarına inteqrasiyasının genişləndirilməsi, əlilliyi olan şəxslər üçün yeni platformaların və elektron kvotanın tətbiqi, ünvanlı dövlət sosial yardımı almaq üçün elektron platformanın yenilənməsi, sadələşdirilməsi və şərtlərin optimallaşdırılması, ailələrin sosial yardım almaq hüququnu müəyyənləşdirmək üçün elektron informasiya sisteminin təkmilləşdirilməsidir. Əhalinin gəlirlərinin daha təkmil bəyan edilməsi mexanizminin formalaşdırılması və daha sonra sosial yardımın təyin olunması mexanizminin gəlirlərin bəyan olunması mexanizminə uyğunlaşdırılması da qarşıya qoyulmuş məqsədlərdəndir”.

Mission News Theme by Compete Themes.