Press "Enter" to skip to content

Yerə siqaret kötüyü atanlara xəbərdarlıq

Son yeniləmə: 2 Sentyabr 2024 10:48

BAYRAQDAR MEDİA – Denizli Böyükşəhər Bələdiyyəsi ətraf mühitün qorunmasını təlqin etmək və təsadüfi atılan çöplərin, və zibillərin yaratdığı çirklənməni azaltmaq üçün radikal bir təcrübə həyata keçirib.

Bu barədə denizli24haber.com saytı məlumat yayıb.

Bildirilib ki, “Denizli Böyükşəhər Bələdiyyə sədri Bülent Nuri Çavuşoğlunun göstərişi ilə Polis İdarəsi nəzdində yaradılmış xüsusi mülki qrup şəhərin mərkəzi nöqtələrində və hərəkətli marşrutlarda çöp, siqaret kötüyü və zibillərin yerə atılmasının qarşısını almaq üçün yoxlamalara başlayıb. Polis qrupu Denizli Böyükşəhər Bələdiyyəsinin ətraf mühitin təmizlənməsi ilə bağlı hazırladığı broşüranı paylayıb və vətəndaşlara zibil və siqaret kötüklərini yerə atmamaq barədə xəbərdarlıq edib”.

Məlumata görə, bu tətbiqlə ətraf mühiti çirkləndirənlərə nəzarət daha da gücləndirilib, ətraf mühitin çirklənməsi ilə mübarizə istiqamətində mühüm addım atılıb: “Şəhər mərkəzindən başlayaraq Denizli boyunca yayılması planlaşdırılan tətbiq sayəsində şəhərdə ətraf mühit şüurunu gücləndirmək və çirklənməni əhəmiyyətli dərəcədə azaltmaq hədəflənir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.