Press "Enter" to skip to content

Türkiyə XİN-dən “Mağusa” serialına reaksiya

Türkiyə XİN

Son yeniləmə: 2 Sentyabr 2024 10:35

BAYRAQDAR MEDİA – Türkiyə Xarici İşlər Nazirliyi rəqəmsal platformada yayımlanacaq “Mağusa” adlı seriala sərt reaksiya verib.

Bu barədə gundemkibris.com saytı məlumat yayıb.

Məlumata görə, nazirlikdən verilən açıqlamada serialın tarixi faktları təhrif edərək Güney Kıbrıs Rum Administrasiyasının qara təbliğatına xidmət etdiyi vurğulanıb.

Bəyanatda, “Bu serial 1963-74-cü illər arasında Rum quldur dəstələri tərəfindən qətlə yetirilən Kıbrıs türklərinin əziz xatirələrinə böyük hörmətsizlik təşkil edir. Türkiyə Cümhuriyyəti Xarici İşlər Nazirliyi faktları təhrif etmək cəhdlərinin Türkiyənin Kıbrıs məsələsində qətiyyətini daha da gücləndirdiyini bildirib və Kıbrıs qazilərini hörmətlə, şəhidlərini rəhmətlə yad etdiyini bildirir” deyə qeyd olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.