Press "Enter" to skip to content

Tibbi tullantılarla bağlı maarifləndirici tədbirlər

Tədbirdən görüntü

Son yeniləmə: 2 Sentyabr 2024 15:33

BAYRAQDAR MEDİA – Ölkə ərazisində tibbi tullantıların idarə olunması sahəsində məlumatlılığın artırılması məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yerli qurumları tərəfindən mütəmadi olaraq maarifləndirici tədbirlər həyata keçirilir.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “bu sahədə növbəti görüşlər Bakı şəhəri 7 saylı şəhər poliklinikasında, Nizami, Xətai Tibb Mərkəzlərində, “Premium Clinic” xəstəxanasında, Avrasiya Hospitalda, 4 saylı Uşaq Somatik Sanatoriyasında, Qəbələ və İsmayıllı rayonlarının mərkəzi xəstəxanalarında keçirilib. Görüş çərçivəsində iştirakçılarla tibbi tullantıların idarə olunmasında mövcud problemlər və onların həlli yolları mövzusunda müzakirələr aparılıb, tibbi tullantıların insan sağlamlığı və ətraf mühit üçün təhlükəsiz idarə edilməsi, təhlükəlilik dərəcəsinə uyğun tullantıların zərərsizləşdirilməsi metodları ətrafında məlumat verilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.