Press "Enter" to skip to content

Sentyabrda bölgələrdə keçiriləcək vətəndaş qəbulları qrafiki

Kənd Təsərrüfatı Nazirliyi

Son yeniləmə: 2 Sentyabr 2024 12:40

BAYRAQDAR MEDİA – 2023-cü ilin sentyabr ayından Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən bölgələrdə vətəndaşlarla görüşlər keçirilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 2-də sözügedən nazirlikdən məlumat verilib.

Bildirilib ki, “görüşlərdə vətəndaşların Kənd Təsərrüfatı Nazirliyinin səlahiyyət dairəsinə aid məsələlərlə bağlı müraciətləri cavablandırılır, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülür. Vətəndaşlarla görüşlər qrafikdə nəzərdə tutulmuş rayonun Dövlət Aqrar İnkişaf Mərkəzində keçirilir. Vətəndaş qəbulunda iştirak etmək istəyən şəxslər Kənd Təsərrüfatı Nazirliyinin “Çağrı Mərkəzi”nə (1652) zəng etməklə qeydiyyatdan keçə bilərlər”.

Məlumata görə, görüşdə iştirak etmək istəyən vətəndaşlar əvvəlcədən qeydiyyatdan keçməli və şəxsiyyətlərini təsdiq edən sənədləri özləri ilə gətirməlidirlər: “Kənd Təsərrüfatı Nazirliyinin vəzifəli şəxsləri tərəfindən 2024-cü ilin sentyabr ayı ərzində keçiriləcək vətəndaş qəbulları üzrə qrafik təqdim edilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.