Press "Enter" to skip to content

Nevroloq Karpal tunel sindromu haqqında danışıb

Elşanə Mustafayeva

Son yeniləmə: 2 Sentyabr 2024 12:24

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Elşanə Mustafayeva: “Karpal tunel sindromunun ilk əlamətləri əmələ gəldikdə, mümkün qədər tez mütəxəssisə müraciət etmək lazımdır”

BAYRAQDAR MEDİA – Səhiyyə Nazirliyi (SN) Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun nevroloqu Elşanə Mustafayeva Karpal tunel sindromu haqqında məlumat verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SN-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “E.Mustafayeva bildirib ki, tunel sindromu sinirin keçdiyi anatomik kanal səviyyəsində lokal zədələnməsidir: “Tunel sindromları arasında geniş yayılan və ən çox rast gəlinən Karpal tunel sindromudur (KTS). Müxtəlif elmi mənbələrə görə, Karpal tunel sindromu bütün tunel neyropatiyalarının 50-90 faizini təşkil edir. Bu sindrom ilk dəfə 1854-cü ildə ingilis cərrahı Ceyms Pecet tərəfindən təsvir edilib. Karpal kanal bilək nahiyyəsində yerləşən, təxminən 2,5 sm uzunluğunda və 2 sm enində olan, bilək sümükləri və biləyin köndələn bağı ilə məhdudlaşan bir boşluqdur. Bu kanalda bükücü əzələlərin vətərləri və orta sinir yerləşir. Orta sinirin dar anatomik kanalda sıxılması və ya zədələnməsi nəticəsində yaranan hissi, trofiki simptomlar (əlamətlər) ilə təzahür edən tunel sindromu Karpal tunel sindromu adlandırılır””.

Nevroloq KTS-in yaranmasına səbəb olan bir neçə qrup tibbi risk faktorlarının olduğunu deyib: “Karpal tunelin anatomiyasını dəyişdirən amillərə bilək nahiyəsinin birbaşa travması, bilək oynaq sümüklərinin sınığı, posttravmatik artroz, deformasiyaedici artroz aiddir. Həmçinin, bəzi inkişaf anomaliyaları, ekzostozlar, osteofitlər anatomik kanalın həcminin azalmasına səbəb ola bilər. Tuneldaxili təzyiqi artıran və orqanizmdə su balansının pozulmasına səbəb olan amillərə hamiləlik (əsasən birinci trimestr), menopauza, piylənmə, böyrək çatışmazlığı, hipotiroidizm, ürək çatmamazlığı, revmatoid artrit, oral kontraseptivlərin qəbulu aiddir”.

E.Mustafayeva eləcə də KTS-in kliniki əlamətləri pasiyentlərdə hansı şikayətlərlə özünü göstərdiyi, xəstəliyin diaqnostika və müalicə üsulları, profilaktikası haqqında da ətraflı danışıb.

Mission News Theme by Compete Themes.