Press "Enter" to skip to content

Kitab tanıtma: “Mərziyə Əhmədi Üskui Dalğa: həyatı, mühiti və yaradıcılığı”

Mərziyə Əhmədi Üskui Dalğa: həyatı, mühiti və yaradıcılığı

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) yer alan nəşrlərdən biri də Lətifə Mirzəyevanın “Mərziyə Əhmədi Üskui Dalğa: həyatı, mühiti və yaradıcılığı” monoqrafiyasıdır.

Nəşr AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu Elmi Şurasının 28 mart 2024-cü il tarixli qərarı ilə çapa tövsiyə olunub.

Monoqrafiyada yalnız Güney və Quzey Azərbaycanda deyil, İranda, bir çox Şərq ölkələrində milli qurtuluş hərəkatının iradəli yolçusu, Azərbaycanın əfsanəvi igid qızı, mətin inqilabçı, fədakar müəllim, alovlu şair, istedadlı nasir kimi şöhrət tapmış M.Ə.Üskuinin məhrumiyyət və əzablarla, bununla yanaşı gərgin mübarizələrlə dolu həyatı, ədəbi mühiti, bədii irsi tədqiq olunur. Nəşrdə oxucu Vətəninə, xalqına, doğma övlad münasibəti bəsləyən, onların yolunda canından belə keçən M.Ə.Üskuinin poeziyasının, nəsrinin aktual məsələlərlə bağlı elmi-nəzəri fikirlərinin-yaradıcılığının bütün sahələrinin elmi tədqiqi ilə tanış olur.

Qeyd edək ki, monoqrafiyanın elmi redaktoru və ön sözün müəllifi filologiya üzrə fəlsəfə doktoru, Dos. Aygün Bağırlı, rəyçiləri isə filologiya elmləri doktoru, Dos. Xuraman Hümmətova, filologiya üzrə fəlsəfə doktoru, Dos. Səfurə Quliyevadır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.