Press "Enter" to skip to content

İxtisas seçimi başa çatır

Dövlət İmtahan Mərkəzi

BAYRAQDAR MEDİA – Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyentlərin ixtisas seçimi bu gün saat 23:59-dək davam edəcək.

Bu barədə Dövlət İmtahan Mərkəzinin (DİM) məlumatında qeyd edilib.

Bildirilib ki, “Abituriyentlər ixtisas seçim ərizəsi formasında ali təhsil müəssisələrinin ixtisasları ilə yanaşı orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının da kodlarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 7-ci, kolleclərə qəbul aparılan ixtisaslar isə “Abituriyent” jurnalının 5 ci sayında dərc olunub.

İxtisas seçmək hüququ olan abituriyent (həmçinin subbakalavr) ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib, onları qeyd olunan tarixədək bu internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.
Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər (subbakalavrlar) müsabiqəyə buraxılmayacaqlar.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.