BAYRAQDAR MEDİA – Tehrandakı bədnam Evin zindanında saxlanılan Güney Azərbaycanlı vəkil və milli fəal Tahir Nəqəvi sentyabrın 1-i səhər saatlarında ağır mədə qanaxması keçirib.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Bildirilir ki, “bununla bağlı Almaniyada yaşayan tanınmış Güneyli vəkil Sina Yusifi paylaşım edərək yazıb ki, üç həftəyə yaxın sağlamlıq durumu pis olan Tahir Nəqəvinin müalicəsinin qarşısı həbsxana rəhbərliyi tərəfindən alınır”.
“Sina Yusifi bir məhbusun həyatının həbsxana rəhbərliyinə və ölkənin Məhkəmə Sisteminə əmanət olduğunu vurğulayıb və Güneyli hüquq müdafiəçisi və 2023-cü il Nobel Sülh Mükafatının qalibi Nərgiz Məhəmmədidən sitat gətirərək yazıb: “İranın Məhkəmə Sistemi məhbuslara ölüm imkanı verir””.