Press "Enter" to skip to content

Əməkdaşlıq imkanları müzakirə olunub

Görüş zamanı

Son yeniləmə: 2 Sentyabr 2024 12:52

BAYRAQDAR MEDİA – Kənd Təsərrüfatı Nazirliyi tabeliyində Aqrar Tədqiqatlar Mərkəzində (ATM) Türkiyənin Ankara Universitetinin Kənd təsərrüfatı fakültəsinin Kənd təsərrüfatının iqtisadiyyatı bölümünün rəhbəri professor İlkay Dellalla görüş olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Aqrar Tədqiqatlar Mərkəzinin direktoru Rəşad Hüseynov qonağı salamlayaraq Mərkəz haqda geniş məlumat verib. Öz növbəsində İlkay Dellal da Ankara Universiteti, Universitetin Kənd təsərrüfatı fakültəsi, habelə rəhbərlik etdiyi Kənd təsərrüfatının iqtisadiyyatı bölümü barədə məlumatları bölüşüb”.

Məlumata görə, görüşdə iqlim dəyişikliklərinin kənd təsərrüfatına təsirləri ilə bağlı görülən işlər, həyata keçirilən araşdırma və tədqiqatlar ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri müzakirə edilib: “ATM rəhbəri Mərkəzin tədqiqatçılarının Ankara Universitetində, Ankara Universitetinin tədqiqatçılarının isə Aqrar Tədqiqatlar Mərkəzində qarşılıqlı təcrübə mübadiləsinə cəlb olunmalarını təklif edib. Tərəflər hər iki qurumda çalışan alimlərin birlikdə müxtəlif iqtisadi modellərin tətbiqini, yeni modellərin yaradılması istiqamətində əməkdaşlıq imkanlarını müzakirə ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.