Press "Enter" to skip to content

Bəhruz Quliyev: Parlament seçkiləri 30 ildən sonra Qarabağı və Şərqi Zəngəzuru əhatə etdi

Bəhruz Quliyev

BAYRAQDAR MEDİA – “Sentyabrın 1-də keçirilən VII çağırış Milli Məclisə seçkilərin tarixi özəlliyi ondan ibarətdir ki, seçkilər 30 ildən sonra ilk dəfə bütün ölkə ərazisində, o cümlədən işğaldan azad edilən Qarabağda və Şərqi Zəngəzurda keçirildi. Xankəndidə, Şuşada, Əsgəranda, Xocalıda və digər işğaldan azad edilən ərazilərdə seçkilərin keçirilməsini müşahidə edərkən bir daha ordumuzla qürur duyur, Ali Baş Komandanımız, Prezidentimiz İlham Əliyevin müdrik, uzaqgörən hərbi, siyasi, diplomatik strategiyası ilə fəxr edirik”.

sesqazeti.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında “Səs” qəzetinin Baş redaktoru Bəhruz Quliyev deyib.

Məlumata görə, baş redaktor onu da müsbət hal olaraq qiymətləndirib ki, seçkilərin azad və demokratik şəraitdə keçirilməsini seçki prosesini yaxından izləmiş beynəlxalq müşahidəçilər də təsdiq edirlər: “Hələ seçki ərəfəsi imzaların toplanmasında və imzaların dairə seçki komissiyalarına təqdim edilməsində və qeydə alınan namizədlərin ərazi üzrə bir-birinə qarşılıqlı hörmət şəraitində təbliğat -təşviqat kampaniyasının aparılmasında hər hansı ciddi problemlər olmayıb”.

Məlumatda deyilir ki, Bəhruz Quliyev seçki prosesini çoxsaylı yerli və xarici media nümayəndələrinin də yaxından izlədiyini və bu zaman hər hansı neqativ halla rastlaşmadıqlarını söyləyib: “Seçki prosesini yaxından izləmək üçün dairə və məntəqə seçki komissiyalarında KİV-lər üçün hər cür şərait yaradılmışdır. Bununla yanaşı, KİV təmsilçilərinin üzləşə biləcəkləri təzyiqlərin, narazılıqların, informasiyanın toplanmasına maneəçiklərin dərhal həll edilməsi üçün Mətbuat Şurasında “qaynar xətt” yaradılmışdır. Bildiyim qədər seçki günü hansısa media nümayəndəsinin “qaynar xətt”ə şikayət ünvanlaması ilə bağlı məlumat daxil olmayıb. Bu da meda nümayəndələrinin seçki prosesini azad şəraitdə izləyib, informasiya topladıqlarını göstərir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.