Press "Enter" to skip to content

Avqust ayı ərzində 19 minə yaxın müraciət daxil olub

Bakı Şəhəri üzrə Təhsil İdarəsi

Son yeniləmə: 2 Sentyabr 2024 14:48

BAYRAQDAR MEDİA – Avqust ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 18 961 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 2-də BŞTİ-dən məlumat verilib.

Bildirilib ki, “statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 9 min 201 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 5 min 979 müraciət daxil olub. BŞTİ-yə 3 min 114 sənəd (vətəndaşlar tərəfindən 1 777 ərizə, Elm və Təhsil Nazirliyindən 442, digər qurumlardan 181, tabelikdə olan təhsil müəssisələrindən 369 məktub və 345 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 667 elektron müraciətə baxılıb”.

Məlumatda deyilir ki, daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə və I sinfə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.