Son yeniləmə: 2 Sentyabr 2024 10:46
BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə sosial şəbəkələr vasitəsilə 2024-cü ilin avqust ayı ərzində 3 016 vətəndaş müraciəti cavablandırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya sentyabrın 2-də Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirlib ki, “müraciətlərin 1 min 514-ü ünvanlı dövlət sosial yardımı, 531-i pensiya təyinatı, 677-si sosial müavinət və təqaüd, 10-u sosial sığorta və fərdi uçot, 284-ü isə digər istiqamətlər üzrə olub”.