Son yeniləmə: 30 Avqust 2024 09:31
BAYRAQDAR MEDİA – Məlum olduğu kimi, ötən ilin noyabr ayında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən Dövlət İmtahan Mərkəzi ilə birlikdə vakant vəzifələrə işə qəbulla bağlı test imtahanı keçirilib. Test imtahanında ümumilikdə 2 min 392 nəfər iştirak edib, onlardan 616 namizəd 70 və daha yüksək bal toplamaqla müsabiqə şərtlərini ödəyərək ikinci mərhələyə – müsahibəyə buraxılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.
Bildirilib ki, “müsabiqənin digər ixtisas sahələri üzrə ikinci mərhələsində iştirak edən daha bir qrup namizədlə bağlı yekun nəticələr açıqlanıb. Bu mərhələdə iştirak etmiş 95 namizəddən 67-si müsabiqəni uğurla başa vurub. Uğur qazanan namizədlər DVX-nın kadr ehtiyatı bazasına daxil edilərək vakant vəzifələrə təyin olunacaqlar. Müsabiqənin nəticələri barədə ətraflı məlumatla bu link vasitəsilə tanış olmaq mümkündür. Qeyd edək ki, müsahibələr mərhələli şəkildə keçirilir və başa çatdıqdan sonra nəticələri elan olunur”.