Press "Enter" to skip to content

Konak və Qradsko bələdiyyələri “qardaş” oldular

Görüş zamanı

Son yeniləmə: 30 Avqust 2024 10:36

BAYRAQDAR MEDİA – Quzey Makedoniyanın Qradsko Bələdiyyə başçısı Kiro Nackov və onu müşayiət edən nümayəndə heyəti İzmirin Konak bələdiyyəsində olub.

Bu barədə Yeni Balkan məlumat yayıb.

Bildirilib ki, “Kiro Nackov Konak Bələdiyyə başçısı Nilüfer Çınarlı Mutlu ilə görüşüb. Görüş zamanı qardaş şəhər protokolu da imzalanıb. Sosial və mədəni əlaqələrin yaxşılaşdırılması məqsədilə imzalanan protokol çərçivəsində hər iki bələdiyyə arasında iqtisadi, sosial və mədəni əlaqələrin gücləndirilməsi nəzərdə tutulur”.
Məlumata görə, Konak Bələdiyyə Başçısı Nilüfer Çınarlı Mutlu açıqlamasında deyib: “Atdığımız bu addımın uzunmüddətli və məhsuldar olacağını ümid edirəm”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.