Press "Enter" to skip to content

Hərbi təbabət üzrə ekspert görüşü keçirilib

Görüşdən xatirə fotosu

BAYRAQDAR MEDİA – Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi vəzifəsini icra edən tibb xidməti polkovnik-leytenantı Anar İsmayılov Azərbaycanda səfərdə olan Serbiyanın Müdafiə Nazirliyinin Tibb İdarəsinin rəisi tibb xidməti general-mayoru Radivoje Andelkoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüş Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında imzalanmış 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən reallaşıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “Müdafiə Nazirliyinin Tibb İdarəsində keçirilən görüşdə ölkələrimiz arasında hərbi tibb sahəsində əməkdaşlığın inkişaf perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb. Qonaqlara Azərbaycan Ordusunda tibb xidmətinin təşkili, eləcə də hərbi tibbi təchizatla bağlı brifinq təqdim olunub. Görüşdən sonra serbiyalı nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı və Hərbi Tibb Fakültəsini ziyarət edib, burada yaradılan şərait ilə yaxından tanış olub”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.