Son yeniləmə: 30 Avqust 2024 11:19
Xalq avtobusları üçün pulsuz transfer vaxtı dəyişdirildi
BAYRAQDAR MEDİA – Denizlidə ictimai nəqliyyatda vətəndaşlar üçün əhəmiyyətli bir tənzimləmə tətbiq olunub.
Bu barədə denizli24haber.com saytı məlumat yayıb.
Bildirilib ki, “Denizli Böyükşəhər Bələdiyyəsi şəhər ictimai nəqliyyatında pulsuz transfer müddətini 90 dəqiqəyə qaldırıb. Bu yeni tətbiq ilə Denizli Kart sahibləri ilk mindikləri andan 90 dəqiqə ərzində fərqli bir xəttə pulsuz transfer edə biləcəklər”.
Məlumata görə Denizli Kart istifadəçiləri daha əvvəl 60 dəqiqə ərzində pulsuz olaraq başqa bir avtobus xəttinə köçürmə imkanı əldə etmişdilər: “Yeni tənzimləmə ilə bu müddət 90 dəqiqəyə qədər uzadılıb. Denizli Böyükşəhər Bələdiyyəsinin sədri Bülent Nuri Çavuşoğlu ictimai nəqliyyatda bu dəyişiklik barədə xəbəri sosial media hesabında açıqlayıb. B.N.Çavuşoğlu açıqlamasında “Bələdiyyə avtobuslarında limitsiz pulsuz transfer artıq 90 dəqiqədir”deyib”.