Press "Enter" to skip to content

600 baldan yuxarı toplayan 539 nəfər BDU-ya qəbul olunub

Bakı Dövlət Universiteti

BAYRAQDAR MEDİA – 2024/2025-ci tədris ili üzrə Bakı Dövlət Universitetinə (BDU) ilkin olaraq qəbul olan 5 min 608 nəfərdən 539-u 600-dən çox, 1 min 147-si 500-600 arası bal toplayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “xatırladaq ki, yuxarı bal ilə BDU-ya qəbul olunanların sayı ötən ilə nisbətən artıb. Ötən il BDU-ya qəbul olanların 267 nəfəri 600-dən, 839 nəfəri 500-dən yuxarı bal toplamışdı. Ən yüksək nəticəni isə 684.1 balla “Hüquqşünaslıq” (tədris ingilis dilində) ixtisasına qəbul olunan Sevil Gülməliyeva göstərib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.