Press "Enter" to skip to content

Türkiyə ilə Özbəkistan arasında əməkdaşlıqda yeni dövr

Şavkat Mirzizoyev (sağda) və Mehmet Nuri Ersoy

BAYRAQDAR MEDİA – Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy avqustun 28-də rəsmi səfərə getdiyi Özbəkistanda mühüm görüşlər keçirib.

Bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin X sosial şəbəkə hesabında paylaşım edilib.

Öz növbəsində Kırım Haber Ajansının məlumatında Bildirilib ki, “M.N.Ersoy Özbəkistanlı həmkarı Azadbek Nazarbekov ilə görüşdükdən sonra Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə görüşüb. Görüşdən sonra verilən açıqlamalarda iki ölkə arasında əlaqələrin daha da gücləndirilməsi və əməkdaşlığın artırılmasının vacibliyi vurğulanıb”.

Məlumata görə, görüşdə iki ölkə arasında mədəniyyət və turizm əməkdaşlığının genişləndirilməsi məsələləri ön plana çıxıb: “Mehmet Nuri Ersoy Özbəkistanın Türkiyənin turizm təcrübələrindən yararlanmaq istədiyini ifadə edərək, Türkiyənin illik hədəfi olan 60 milyon turistlə sürətli böyüməsini nümunə göstərib”.

Mission News Theme by Compete Themes.