Son yeniləmə: 29 Avqust 2024 10:05
BAYRAQDAR MEDİA – Bolqarıstanda Hitrino rayonunun Çerna kəndində ənənəvi “Böyük Yusif” Yağlı Güləş Turniri keçirilib.
Bu barədə Radio Bolqarıstan məlumat verib.
Məlumata görə, “Dünya güləşçisi” Koca Yusifin doğulduğu kənddə 10 ildir ki, güləş yarışları keçirilir: “Bu il “Böyük Yusuf” güləşçi qızıl kəmərini Edirneli güləşçi Atakan Makas qazanıb. Bolqarıstan, Türkiyə, Quzey Makedoniya, Moldova, Albaniya və Yunanıstandan 100-ə yaxın güləşçinin qatıldığı turniri açıq meydanda minlərlə insan izləyib”.