BAYRAQDAR MEDİA – Avqustun 31-də saat 17:00-19:00 arası ictimaiyyətin tullantıların düzgün idarə olunması barədə maariflənməsi, çeşidləmə vərdişlərinin stimullaşdırılması məqsədi ilə növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı Bakı şəhəri Yasamal rayonu 2-ci Alatava parkı ərazisində keçiriləcək.
Bu haqda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) yaydığı xəbərdə bildirilir.
Xəbərdə deyilir ki, “ETSN-nin təşkilatçılığı, Yasamal rayon İcra Hakimiyyətinin, bir sıra tərəfdaş təşkilatların dəstəyi ilə təşkil olunacaq festival çərçivəsində vətəndaşlar ümumi tutumu minimum 35 litr olan plastik butulka, 5 litr tutumu olan şüşə butulka/banka və ya 10 ədəd işlənmiş batareya təhvil verərək əvəzində müxtəlif hədiyyələr (ekoçanta, kitab, müxtəlif məktəb ləvazimatları, köynək, qida məhsulları və s.) əldə edəcəklər”.