Press "Enter" to skip to content

Mədəniyyət Nazirliyində görkəmli sənətçi ilə görüş

Görüş xatirəsi

Son yeniləmə: 29 Avqust 2024 13:17

BAYRAQDAR MEDİA – Avqustun 28-də Mədəniyyət Nazirliyində görkəmli opera müğənnisi, Rusiyanın, Azərbaycanın və SSRİ-nin Xalq artisti Tamara Sinyavskaya ilə görüş keçirilib.

Bu haqda sözügedən Nazirliyin yaydığı xəbərdə qeyd olunur.

Xəbərdə bildirilir ki, “mədəniyyət naziri Adil Kərimli sənətkarın yaradıcılıq yolundan danışıb, onun opera tamaşalarında yüksək sənətkarlıq nümayiş etdirdiyini bildirib. Diqqətə çatdırılıb ki, əfsanəvi müğənni və bəstəkar, SSRİ Xalq artisti Müslüm Maqomayevin ömür-gün yoldaşı olan T.Sinyavskaya Azərbaycan mədəniyyətinin təbliğinə də töhfələr verib. Müğənninin bu sahədəki fəaliyyəti Azərbaycan dövləti tərəfindən daim yüksək dəyərləndirilib. O, ötən il Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı və “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunub. Sonra həmin dövlət təltifləri təntənəli şəkildə sənətkara təqdim olunub”.

T.Sinyavskaya fəaliyyətinin daim diqqətdə saxlanılması və yüksək qiymətləndirilməsinə görə ölkə başçısına dərin təşəkkürünü bildirib.

Sonda sənətkarla xatirə şəkilləri çəkdirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.