Son yeniləmə: 29 Avqust 2024 10:44
BAYRAQDAR MEDİA – 2024-cü ilin iyul ayında Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 48 min 741 vətəndaş qəbul edilib və onların müraciətləri cavablandırılıb.
Bu barədə BAYRAQDAR MEDİA-ya avqustun 29-da Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.
Bildirilib ki, “bu vətəndaşların 137 nəfəri Fondun rəhbər şəxsləri tərəfindən, 2 min 469 nəfəri Fondun Aparatının Qəbul Mərkəzində, 4 min 546 nəfəri mərkəzi, 41 min 589 nəfəri isə regional filiallarda qəbul edilib”.