Son yeniləmə: 28 Avqust 2024 11:12
BAYRAQDAR MEDİA – İraq Türkmən Cəbhəsinin (İTC) sədri Hasan Turan və İraq Nümayəndələr Palatasının Kərkük millət vəkili Erşat Salihi avqustun 27-də Ankarada Türkiyənin xarici işlər nazirinin müavini Nuh Yılmaz ilə görüşublər.
Bu barədə Türkmeneli TV məlumat yayıb.
Bildirilib ki, Türkiyə Xarici İşlər Nazirliyinin görüşlə bağlı verdiyi açıqlamada aşağıdakı fikirlər öz əksini tapıb: “Nazir müavinimiz Nuh Yılmaz Ankarada İraq Türkmən Cəbhəsinin sədri Hasan Turan və İraq Nümayəndələr Məclisinin Kərkük millət vəkili Erşat Salihi ilə görüşüb. Görüş zamanı Kərkükdəki mövcud hadisələr müzakirə edilib. Türkiyə İraq türkmənlərinə dəstəyini davam etdirəcək”.