Press "Enter" to skip to content

Beynəlxalq Uşaq və Gənclər Filmləri Festivalının açılışı

"SALAM" Beynəlxalq Festivalı

BAYRAQDAR MEDİA – Avqustun 26-da Azərbaycan Avropa Məktəbində (AAM) “SALAM” Beynəlxalq Uşaq və Gənclər Filmləri Festivalının açılışı olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Festivalın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “avqustun 26-dan 29-dək davam edəcək festivalda Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Özbəkistan, Rusiya, Pakistan, Ukrayna, İtaliya, Almaniya, İsveç, Polşa, Belçika və Böyük Britaniya kimi ölkələrdən 600-ə yaxın məktəbli iştirak edəcək. Festivalın təsisçisi və baş icraçı direktoru Əməkdar mədəniyyət işçisi Nəriman Məmmədovdur. 2019-cu ildə “Nərimanfilm” kino şirkətinin təşkilatçılığı ilə təsis edilmiş Festivalın baş sponsoru isə “PAŞA Holdinq”dir. 2019-cu il sentyabrın 2-dən 5-dək ilk dəfə keçirilən və 300 gənci cəlb edən festival yarandığı gündən xeyli böyüyüb.”

Daha sonra xəbərdə, “Festivalda rejissorlar, aktyorlarla görüşlər, film müzakirələri və yeniyetmələr tərəfindən hazırlanmış qısametrajlı videoçarxların nümayişindən ibarət ilk tədbir böyük uğurla keçib. Elm və Təhsil Nazirliyi (ETN) və Mədəniyyət Nazirliyinin dəstəyi ilə “SALAM” həm yerli, həm də beynəlxalq səviyyədə müsbət rəylər alaraq mədəni mənzərədə özünəməxsus yer tutub. Festival Azərbaycan gəncləri ilə müxtəlif ölkələrdən olan həmyaşıdları arasında dostluq əlaqələrinin formalaşmasına, Azərbaycan mədəniyyətinin təbliğinə və gənc nəslin dünya mənəvi dəyərlərinə uyğun tərbiyə olunmasına xidmət edir. Bu il festival AAM-də keçirilir. Festivalın proqramı və iştirak edəcək filmlərin siyahısı çox genişdir” deyə qeyd olunur.

Bildirək ki, Festivalın əsas məqsədi yüksək keyfiyyətli peşəkar filmlər nümayiş etdirməklə gənclərdə bədii zövqü və kino haqqında dərin anlayışı inkişaf etdirməkdir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.