Son yeniləmə: 28 Avqust 2024 10:56
BAYRAQDAR MEDİA – Dövlət Sosial Müdafiə Fondu tərəfindən avqust ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da avqustun 28-də tam ödənilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Fonddan məlumat verilib.
Məlumata görə, bundan əvvəl – avqustun 9-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, avqustun 19-da isə bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin avqust ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, avqust ayı üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.