Press "Enter" to skip to content

Tələbə adı qazananların qeydiyyatına başlanılır

Elm və Təhsil Nazirliyi

BAYRAQDAR MEDİA – Ali təhsil müəssisələrinə tələbə qəbulu müsabiqəsinin nəticələrinə əsasən, 2024–2025-ci tədris ili üçün 55 min 656 nəfər universitetlərə qəbul olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm və Təhsil Nazirliyinin (ETN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “onlardan 27 min 117 nəfəri dövlət sifarişi əsasında, 28 min 539-u isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib. Məlumat üçün bildirilir ki, ödənişli əsaslarla təhsil alan və sosial müdafiəyə ehtiyacı olan dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar, habelə onların arasından olan şəxslərin, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan şəhid ailəsinin üzvlərinin, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş və Azərbaycanın azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqlarının, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan Azərbaycan ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin, dövlət, bələdiyyə və özəl ali təhsil müəssisələrində təhsil alan orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin, dövlət ali təhsil müəssisələrində təhsil alan “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Qanununa uyğun olaraq məcburi köçkün statusuna malik Azərbaycan vətəndaşlarının təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir”.

Eyni zamanda bildirilir ki, ETN-nin tabeliyində fəaliyyət göstərən Təhsil Tələbə Krediti Fondunun vəsaiti hesabına əyani təhsil alan tələbələrə güzəştli kreditlər verilir. Təhsil kreditinin əldə olunması üçün www.e-ttkf.edu.az elektron portalına müraciət etmək lazımdır.

Qeyd edək ki, 28 avqust saat 11:00-da ali təhsil müəssisələrinə bakalavriat səviyyəsi üzrə qəbul olunanlar üçün qeydiyyat prosesinə başlanılacaq. Abituriyentlər https://portal.edu.az/ platformasında “Ali və orta ixtisas təhsili pilləsinə təhsilalan qeydiyyatı” xidmətini seçməklə müraciət edə bilərlər. Elektron sistem üzrə qeydiyyat 6 sentyabr saat 18:00-da başa çatacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.