Press "Enter" to skip to content

Müvəqqəti Nazirlər Kabinetinin yeni layihəsi hazırdır

Dmitri Qlavçev yeni müvəqqəti hökumət layihəsini Prezident Rumen Radevə təqdim edir

Son yeniləmə: 27 Avqust 2024 11:34

BAYRAQDAR MEDİA – Bolqarıstan baş nazirliyinə müvəqqəti namizəd Dmitri Qlavçev yeni müvəqqəti hökumət layihəsini Prezident Rumen Radevə təqdim edib.

Bu barədə Radio Bolqarıstan məlumat verib.

Məlumata görə, D.Qlavçev bildirib ki, indiki müvəqqəti hökumət ədalətli seçkilərin təşkili də daxil olmaqla, əsas vəzifələrini layiqincə yerinə yetirir: “Keçən dəfə dediyim kimi, həmişə daha yaxşı ola bilər. Bu bizim məqsədimizdir”.

Bildirilib ki, “Milli Polis Baş İdarəsinin direktoru Atanas İlkova müvəqqəti hökumətdə daxili işlər naziri vəzifəsi təklif olunub. Nəqliyyat naziri Georgi Qvozdeikovun yerinə Krasimira Stoyanova, xarici işlər naziri isə İvan Kondov seçilib”.

Qeyd edilib ki, Prezident Radev təklif olunan kabinet layihəsini qəbul edib və hökumətin təyinatı ilə bağlı fərmanı avqustun 27-də imzalayacağını, nazirlərin həmin gün Xalq Məclisi qarşısında and içəcəyini gözlədiyini bildirib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.