Press "Enter" to skip to content

İTV idman bayramını davam etdirir

İTV

BAYRAQDAR MEDİA – “İctimai Televiziya və Radio Yayımları Şirkəti bu yay tamaşaçılara, xüsusilə idmansevərlərə idman bayramı yaşatmağa çalışdı. Milyonlarla tamaşaçı futbol üzrə Avropa çempionatını (AVRO-2024) və 4 illiyin zirvə yarışı – Parisdə keçirilən Yay Olimpiya Oyunlarının ən yaddaqalan, maraqlı, rekordlarla zəngin anlarını, bütün idmançılarımızın çıxışlarını telekanalımız vasitəsilə canlı yayımda izlədi. Medal qazanan idmançılarımızın qələbə təəssüratları canlı yayımda idman həvəskarlarına yerindən nümayiş olundu. Sevinirik ki, biz də bu tarixi anların bir parçasına çevrildik”.

Bu sözlər İTV-dən BAYRAQDAR MEDİA-ya daxil olan xəbərdəndir.

Xəbərdə bildirilir ki, “bir ay boyunca böyük maraqla izlənilən “AVRO-2024”ün nümayişindən sonra 18 gün ərzində gündəlik olaraq fasiləsiz minimum 15, maksimum 18 saat olimpiada həyəcanı İTV-də yaşandı. İdmançılarımızın çıxışlarını tamaşaçılarımıza çatdırmaq missiyasının bizə həvalə edilməsi telekanalımız adına böyük fəxr və qürurvericidir. Yüksək peşəkarlıq və keyfiyyətli yayımla tamaşaçıların zövqünü oxşamağa çalışdıq”.

“Parisdə geniş heyətlə təmsil olunan 2 çəkiliş qrupumuz bu il 30 illiyini qeyd edən Gənclər və İdman Nazirliyinin dəstəyi ilə müxtəlif yarış məkanlarından canlı yayıma qoşularaq öz idmançılarımızla yanaşı dünya idmanının ulduz simalarının qələbə təəssüratlarını, emosional anlarını televiziya tamaşaçılarına çatdırdı. Həm AVRO-2024, həm də Parisdə keçirilən 33-cü Yay Olimpiya Oyunlarının yayımı zamanı CBC Sport telekanalının tanınmış simaları peşəkar şərhləri ilə bu işdə bizə yardımçı oldu. Telekanalımız adından birgə əməkdaşlığa görə CBC Sport-a təşəkkür edirik. Hər yarış gününün əvvəli və sonunda xüsusi olaraq Paris Olimpiadası üçün yeni tərtibatda və fərqli dizaynda hazırlanmış “Bol idman”ın yeni virtual studiyasında idmançılarımızın çıxışları, şansları ekspertlərin iştirakı ilə müzakirə olundu”, – deyə xəbərdə bildirilir.

Sondaq qeyd edilir ki, “bütün bunlarla yanaşı daha bir xoş xəbəri sizinlə bölüşmək istəyirik. Avqustun 28-dən sentyabrın 8-dək Parisdə keçiriləcək Paralimpiya Oyunları da İctimai Televiziya vasitəsilə canlı yayımda idman həvəskarlarına təqdim olunacaq. İctimai Televiziya olaraq paralimpiyaçılarımızın çıxışlarını diqqət mərkəzində saxlayacağıq. Paralimpiyaçılarımıza qarşıdakı mötəbər yarışda uğurlar, tamaşaçılara isə xoş seyrlər arzu edirik”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.